ABŞ-da çovğunda ölənlərin sayı 23-ə çatıb 

12:48 25.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da qar fırtınası səbəbindən azı 23 nəfər ölüb.

Hafta.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

İnsan itkisi Viskonsin, Kanzas, Kentukki, Kolorado, Missuri, Miçiqan, Nebraska, Nyu-York, Ohayo, Oklahoma və Tennessi ştatlarında qeydə alınıb. Daha əvvəl 16 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, şənbə günü ABŞ-da pis hava şəraiti səbəbindən 2,3 mindən çox reys ləğv edilib.

Qar fırtınasına görə ölkədə 240 minə yaxın istifadəçi işıqsız qalıb.